
İran Tramp Marşrutu (TRIPP) layihəsinin Tehranın maraqları üçün təhlükəsiz olması ilə bağlı üçüncü tərəflərin verdiyi vədləri yetərli hesab etmir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Bəqayi vurğulayıb ki, İran öz sərhədləri yaxınlığında hər hansı hərbi və ya güc strukturunun yerləşdirilməsini qəbuledilməz sayır:
“Ermənistan tərəfi Tehrana lazımi təminatlar verib. İranla Ermənistan arasında münasibətlər yaxşıdır və qarşılıqlı etimad yüksək səviyyədədir. Üçüncü tərəflərə isə eyni etimad göstərilmir”.
Beləliklə, Tehran TRIPP layihəsinin təhlükəsizliyi məsələsində Ermənistanın mövqeyinə müsbət yanaşsa da, kənar tərəflərin təminatlarına ehtiyatla yanaşdığını nümayiş etdirib.
Safura Bənnayeva
Globalinfo.az