Ukrayna ordusu bu istiqamətdə irəliləyir

Ukrayna ordusu Zaporojye vilayətinin qərbindəki Robotino bölgəsində rusların ikinci müdafiə xəttinə yaxınlaşaraq hücumu daha da genişləndirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda qeyd olunub.

“Geolokasiya məlumatlarından da bəlli olur ki, Ukrayna qoşunları Verbovodan qərbə və Robotinodan cənuba doğru Rusiyanın müdafiə xəttinə doğru irəliləyir”, – hesabatda qeyd olunub.