irevan 14523 900x506 1

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə vasitəçi olmadan konstruktiv formatda keçirdiyi görüşdən sonra Rusiya tərəfində narahatlıq müşahidə olunur. Moskvanın Cənubi Qafqazda geosiyasi nüfuzunu itirdiyi bir vaxtda tərəflərin birbaşa dialoq yolu ilə irəliləməsi Kremldə neqativ qarşılanıb. Məhz bu kontekstdə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun səsləndirdiyi açıqlama Ermənistanda siyasi təşvişə səbəb olub

Milonov Əbu-Dabi danışıqlarının Ermənistan üçün ərazi itkiləri ilə nəticələnə biləcəyini iddia edib. Onun sözlərinə görə, xüsusilə Sünik bölgəsinin (Zəngəzur-red.) Azərbaycana qaytarılması ehtimalını istisna olunmur. Rusiyalı deputatın fikirləri Kremlin açıq mesajı kimi dəyərləndirilir və bu, İrəvandakı revanşist qüvvələr arasında xaotik ritorikanın yenidən güclənməsinə yol açıb.

Analitiklərin fikrincə, Rusiya bu tip bəyanatlarla Ermənistan cəmiyyətində xaos və narahatlıq yaratmağa, eyni zamanda baş nazir Nikol Paşinyan hökumətinə təzyiqi artırmağa çalışır.

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş sülh prosesində tarixi hadisə hesab oluna bilər.

Ətraflı videoda:

Turan Rzayev
Globalinfo.az

Paylaş: