Araik onu biabır edən “aksiyanı” dayandırdı – Şok SƏBƏB

Separatçıların rəhbəri Araik Arutyunyan Xankəndidə keçirdiyi oturaq aksiyanı dayandırdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Arutyunyan bunu Moskvada Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları arasında keçirilən görüşlə əsaslandırıb.

“Hədəflərimizə nail olmaq üçün bu kimi bir görüşün keçirilməsini istəyirdik, amma iyulun 25-də aparılan danışıqların nəticələri bizim üçün məqbul deyil”-deyə, separatçıların rəhbəri bildirib.

Arutyunyan bir neçə gün öncə Qarabağdakı “humanitar fəlakət” oyunu üçün Azərbaycana qarşı “sərt addımlar” atacağını açıqlayaraq, bunun üçün oturak aksiya keçirməyə başladığını bildirmişdi. O, separatçılara İrəvan da daxil, heç bir ünvandan kömək edilmədiyindən şikayətlənir.

Qeyd edək ki, separatçı liderin bu addımı ermənilər tərəfindən qeyri-ciddi qarşılanmış, “gülünc aksiya” olaraq adlandırılmışdı.

Ayşən Mustafa
Globalinfo.az