ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirərkən bunkerə qarşı nəzərdə tutulmuş bombalarla yanaşı, “Tomahawk” tipli qanadlı raketlərdən də istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilib ki, hücum zamanı Fordo yeraltı nüvə kompleksi xüsusi hədəf kimi seçilib. Bu obyektə B-2 tipli radara görünməyən bombardmançı təyyarələr tərəfindən beş-altı yüksək gücə malik bomba atılıb.
Kanalın iddiasına görə, bu zərbələrlə “İranın nüvə planları faktiki olaraq sonlandırılıb”.
Fordo ilə yanaşı, İsfahan və Nətənz şəhərlərində yerləşən nüvə infrastrukturları da hədəfə alınıb. Telekanalın məlumatında bildirilir ki, bu obyektlərə təxminən 640 km uzaqlıqda yerləşən ABŞ sualtı qayıqlarından ümumilikdə 30-a yaxın “Tomahawk” raketi atılıb.