vigilantes michoacan scaled

Meksikanın “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinə məxsus silahlı qrupların ABŞ-nin Texas və Nyu-Meksiko ştatlarındakı sərhədyanı yaşayış məntəqələrinə daxil olduğu iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Russia Tomorrow” məlumat yayıb.

Məlumata əsasən, ən şiddətli toqquşmaların Texas ştatının El-Paso şəhərində baş verdiyi bildirilir. İddialara görə, şəhərin mərkəzi küçələrində mağazalar bağlanıb, qarət və mülki şəxslərə hücum halları qeydə alınıb. Yerli mətbuata istinadən yayılan məlumatda qanunsuz miqrantların da kartel üzvlərinə qoşularaq qarətlərdə iştirak etdiyi qeyd olunur.

El-Paso sakinlərindən birinin vəziyyətlə bağlı belə dediyi bildirilir: “Küçəyə çıxmaq qeyri-mümkündür, hər tərəf tüstü içindədir, heç bir xidmət işləmir. Hökumətdən heç bir dəstək yoxdur, yalnız möcüzəyə ümid edirik”.

Məlumatda oxşar hücumların və polis əməkdaşları ilə silahlı toqquşmaların Texasın Fabens və Fort-Xankok, eləcə də Nyu-Meksiko ştatının Xoçita və Kloverdeyl yaşayış məntəqələrində də davam etdiyi iddia edilir. Ştat rəhbərliyinin ərazilərə Milli Özünümüdafiə qüvvələrini göndərdiyi, rəsmi qurumların isə hadisələrlə bağlı hələlik ətraflı açıqlama vermədiyi bildirilir.

 

Paylaş: