“Bu boş divar Konservatoriyadadır. Burada müharibədə öldürülən musiqiçilərin şəkilləri olub, indi isə onlar götürülüb”.
Globalinfo.az xəbər verir ki, bunu erməni dirijor Vardan Akopyan deyib.
Onun sözlərinə görə, həmin fotolar sonradan divardan çıxarılıb:
“Bu guşəni bərpa etmək konservatoriyanın tələbə və müəllim heyətinin borcudur. Əgər bu guşə bərpa olunmasa, tezliklə Konservatoriya da bağlanacaq. Komitasçılar dilsiz və itaətkar qullara çevrilə bilməzlər. Bu, təkcə şərəf məsələsi deyil, mövcudluq uğrunda mübarizədir. Geri çəkiləcəyimiz təqdirdə nəsillər bizi bağışlamayacaq”.
Qeyd edək ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin Ermənistan küçələrinə çəkilən rəsmləri də divarlardan sildirilib. Həmçinin küçə başlarında asılan fotolarının da yığışdırılması tapşırılıb.
Safura Bənnayeva
Globalinfo.az