HZGaTfsRgSrlFDMl95asdB3paPYQCm6rbklKEbWW 1200

İranın Məşhəd şəhərində Əli Xameneinin dəfn mərasiminə hazırlıq çərçivəsində bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Globalinfo.az xəbər verir ki, Məşhəddə fəaliyyət göstərən “Firdovsi” Universiteti 7–9 iyul tarixlərində tədris və inzibati fəaliyyətini dayandıracağını açıqlayıb.

Universitet rəhbərliyi bildirib ki, qərar əməkdaşlar və tələbələrin dəfn mərasimində iştirak etmələri üçün şərait yaradılması məqsədilə qəbul edilib.

Bundan əlavə, mərasimlə əlaqədar Məşhəd hava limanının fəaliyyətində də müvəqqəti məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir. Təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi və şəhərdə genişmiqyaslı təşkilati hazırlıqların görüldüyü qeyd olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: