Parisdə bıçaqlı hücum: yaralılar var – YENİLƏNİB

Parisdə (Fransa) dəmiryol vağzalında silahlı hücumun bəzi təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, polisin verdiyi məlumata görə, saat 07:45-də (Bakı vaxtı ilə 10:45 – red.) Lion stansiyasında sərnişinlərə hücum edən şəxs Malidən olan evsiz afrikalıdır. O, bıçaq və çəkiclə silahlı olub. Hücumçu üç nəfəri yaralayıb. Xəsarət alanlardan birinin vəziyyəti ağır olsa da həyatının təhlükədə olmadığı deyilir.

Ruhi xəstəlik əlamətləri olan 32 yaşlı kişi stansiyanın mühafizəçiləri tərəfindən ram edilib və polisə təhvil verilib. Onun üzərində tapılan yeganə sənəd İtaliyada verilmiş sürücülük vəsiqəsi olub.

Cinayətin motivləri hələlik məlum deyil, terror aktı versiyası hazırda nəzərdən keçirilmir.

***12:53

Fransanın paytaxtı Parisdə vağzalda naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib. 

Globalinfo.az xəbər verir ki, insident Qar-de-Lyon vağzalında baş verib.

Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hücum edən şəxsi saxlayıb.