“Azərbaycanda virtual aktivlər və kriptovalyuta bazarını tənzimləyəcək qanunun bu ilin sonuna qədər qəbul edilməsi gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, AMB qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib:
“Bu sahə indiyədək tənzimlənmədiyi və həm dünyada, həm də Azərbaycanda yeni istiqamət olduğu üçün layihə xüsusi əhəmiyyət daşıyır. Proses plan üzrə davam edərsə, ilin sonunadək kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun təsdiqlənə bilər”.
Ləman İmran
Globalinfo.az