“Dünyada insanların ciblərində, evlərində və bank hesablarında olan pulun cəmi miqdarı 95 trilyon dollardır”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı deputat Tahir Mirkişili deyib.
O qeyd edib ki, bu pulun yalnız 6 faizi ciblərdə və evlərdədir:
“Yəni bu, təxminən 6 trilyon dollar edir. Yerdə qalan 89 trilyon dollar banklarda rəqəmlərdən ibarətdir. Hər kəs bankdakı pulunu götürmək istəsə, bunu edə bilməz. Çünki bu həcmdə bir pul əslində yoxdur”.
Deputat bildirib ki, dünyada bütün insanların cəmi borcu isə təxmini 323 trilyon dollardır:
“Bu borcdan dünyadakı cəmi pulun miqdarını çıxsaq, 228 trilyon dollar qalır. İstəsək belə, dünyada bu borcu ödəyəcək həcmdə pul da yoxdur. Pulun funksiyası məhz budur – bazara borc olaraq verilir, pulun özü olmasa da, bazar daim banklara borclu olur”.
Əliyar Xəlil
Globalinfo.az