12a0047 1762773903855

Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin binasında iclas keçirib. 

Globalinfo.az xəbər verir ki, baş nazir ordu rəhbərliyinin əməliyyat müşavirəsi nümayəndələri ilə görüşüb.

Paşinyan görüş zamanı ordunun davamlı modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.

Bunun üçün Silahlı Qüvvələrin inkişafı üzrə strateji baxışa, yeni təhlükəsizlik mühitinin qiymətləndirilməsinə, effektiv idarəetməyə, insan resurslarının inkişafına ehtiyac olduğunu bildirib. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: