abs ordusu 8

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə komandanlığı İrana qarşı “qısa və güclü” xarakterli hərbi əməliyyat planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Nəşr yazır ki, plan mümkün eskalasiya halında sürətli, yüksək və ani zərbələr endirilməsini nəzərdə tutur.

Məqsəd qısa müddətdə konkret hərbi hədəflərə ciddi ziyan vurmaq və qarşı tərəfin cavab imkanlarını minimuma endirməkdir.

Qeyd olunur ki, belə bir planın hazırlanması regionda artan gərginlik fonunda baş verir.

Nəşr hesab edir ki, bu cür ssenarilər daha çox ehtiyat tədbiri kimi hazırlanır və real tətbiqi siyasi qərarlardan asılı olur.

Tahir Turan
Globalinfo.az

Paylaş: