cordan bardella

“Fransada hakimiyyətə sağçılar gəlsə, Parisin xarici siyasətini dəyişməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Cordan Bardella deyib.

“Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər “qırmızı xət”dir. Bunu tapdalamağı düşünmürəm. Fransa gərək NATO-dakı müttəfiqləri və Avropadakı tərəfdaşlarına göstərsin ki, bizə güvənmək olar”, – o bildirib.

Qeyd edək ki, Bardella beynəlxalq öhdəliklərə nəyi aid etdiyini, burada Qafqazın hansı yeri tutacağını açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: