Navalnının harada dəfn olunacağı açıqlandı

Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi martın 1-də keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.

O bildirib ki, Navalnı Borisov qəbiristanlığında dəfn olunacaq.

Yarmışın sözlərinə görə, dəfn mərasiminin keçirilməsi üçün məkan tapmaqda ciddi problemlər yaşanıb. Müxalifət liderinin adını eşidən çox insan bundan imtina edib.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 16-da həbsxanada ölüb.

Əliyar Xəlil
Globalinfo.az