Məlumdur ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və bu tarixə sadəcə 3 gün qalıb. Qərbi Azərbaycan da seçkilərdə iştirak edir.
Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi və hüquqi baxımdan Ermənistan Respublikasının vətəndaşları olması faktı onların qayıdış hüququnun mühüm əsaslarından biri kimi dəyərləndirilir.
Maraqlıdır, əgər bu gün həmin şəxslərin vətəndaşlıq və seçki hüquqları yerində qalsaydı və onlar orada aktiv seçici ola bilsəydilər, Ermənistandakı seçkilərdə namizədlərdən tələbləri nə olardı?
Globalinfo.az bildirir ki, TodayPress TV bu barədə Milli Məclisin deputatı Zahid Oruca sual ünvanlayıb.
Millət vəkilinin sözlərinə görə, belə bir hipotez irəli sürülsə, yəni Ermənistanda seçici ola bilsəydi, namizədlərdən bunları tələb edərdi:
1. 90-cı illərin liderlərinin taleyinə baxsınlar,
2. Azad olunan torpaqlarda dağıntılara və quruculuğa diqqət yetirsinlər,
3. Azərbaycanla sülh şəraitdə yaşadıqları dövrdə erməni xalqının demoqrafik artımı faktını nəzərə alsınlar,
4. Tarixi yolların açılmasına qarşı dayanmağın qeyri-mümkün olması aksiomasını qəbul etsinlər,
5. İmperiyaların maraqlarının dəyişmədiyi, lakin erməni xalqının hər dəyişən formasiyada azaldığı faktı ilə hesablaşsınlar,
6. Nəhayət, Bakı və İrəvanın tarixi vahidliyinin ayrılmazlığını rəhbər tutsunlar.