Tatarıstana zərbə endirildi: 12 nəfər… – VİDEO

Tatarıstandakı zavoda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaralıların sayı 12 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə Tatarıstanın Fövqəladə Hallar Baş İdarəsindən məlumat verilib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda Yelabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 6 nəfərin yaralandığı bildirilmişdi.

***10:10

Rusiyanın Tatarıstan Respublikasının Alabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, hücum zamanı 6 nəfər yaralanıb.

Ukrayna Tatarıstanda zavoda PUA-larla zərbə endirib, 6 nəfər yaralanıb - YENİLƏNİB - ZƏRBƏ ANI