AA 20250605 38195386 38195381 DIYARBAKIRDA BIR BINADA CIKAN YANGINA MUDAHALE EDILDI scaled

Türkiyənin Diyarbəkir vilayətinin Kayapınar rayonunda 13 mərtəbəli yaşayış binasında yanğın olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Hadisə zamanı 17 nəfər xəsarət alıb, yaralılar dərhal xəstəxanaya çatdırılsa da, onlardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.

Hazırda yanğın söndürülüb.

 

*** 21:14

Türkiyənin Diyarbəkir vilayətinin Kayapınar rayonunda yaşayış kompleksində naməlum səbəbdən yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, tibbi briqada və polis əməkdaşları cəlb olunub.

Binada yaranan güclü tüstü səbəbilə sakinlər təxliyə edilir. Yanğından zərərçəkənlərə ilkin tibbi yardım göstərilir.

Hazırda yanğınsöndürənlər alovu nəzarət altına almağa çalışırlar.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: