Emin emrullayev 1111231

Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq 420 baldan 460 bala, təbiət elmləri 398 baldan 440 bala, oxu savadlılığı isə 389 baldan 405 bala yüksəlib”.

Globalinfo.az xəbər verir ki, bu nəticələri PISA 2025 nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev açıqlayıb.

Məlumata görə, PISA 2025-də Bakı üzrə riyazi savadlılıq 460, təbiət elmləri 440, oxu savadlılığı isə 405 bal təşkil edib. 2018-ci illə müqayisədə müvafiq olaraq 40, 42 və 16 bal artım qeydə alınıb.

Üç istiqamət üzrə orta artım 32,7 bal, yəni təxminən 33 bal olub. Təqdimatda isə orta artımın 35 bal təşkil etdiyi bildirilib.

Qeyd edək ki, PISA 2018-də Azərbaycan yalnız Bakı üzrə təmsil olunduğundan müqayisə Bakı nəticələri əsasında aparılır. PISA 2025-də isə nəticələr ölkə üzrə qiymətləndirməni əks etdirir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: