lavrov 1 900x600 1

Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırda hər hansı gizli danışıqlar aparılmır”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi mümkün güzəştlərdən çəkindirməyə davam edərsə, Rusiya qarşıya qoyduğu məqsədlərə hərbi vasitələrlə nail olmağa çalışacaq:

ABŞ Prezidenti Donald Trampın yanaşmasına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsi artıq gündəmdən çıxarılıb. O, Ukraynanın NATO-ya cəlb edilməsi istiqamətində səylərin dayandırılmasının vacibliyini daha əvvəl də ifadə edib.

Bu məsələ hazırda müzakirəyə açıq mövzu hesab edilmir və yenidən gündəmə gətirilməsinə ehtiyac yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: