Hüceyrələrin proqramlaşdırılması insanların bir neçə minilliklər yaşamasına səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İngiltərənin Birmingem Universitetinin professoru Joao Pedro de Magalles aparılan araşdırmanın nəticəsini açıqlayarkən deyib.
O bildirib ki, bunun sirri qocalmağa aparan molekulyar mexanizmləri anlamaqdadır
“Hüceyrələrin genetik səviyyədə yenidən proqramlaşdırılması uzunömürlülüyün açarını təmin edə bilər.
Nəzəriyyənin reallığa ötürülməsi orqanizmin hüceyrələrini yenidən proqramlaşdıra bilən müvafiq tibbi texnologiyaların hazırlanmasını tələb edir.
Ömrün 20.000 ilə qədər artırılmasının reallaşdırılması üçün bu sahədə çox yol qət edilməlidir”.
Professor Magalles vurğulayıb ki, onun tədqiqatları bu yolda yalnız ilk addımdır.
“Alimlərin diqqəti qocalma prosesini idarə etməyi öyrənməkdir və bu, vaxt, əzm və müxtəlif elm sahələri arasında əməkdaşlıq tələb edir”,- deyə professor qeyd edib.