baki eas yeni 900x506 3

Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib. Paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib”.

Globalinfo.az xəbər verir ki, bu nəticələr PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev açıqlayıb.

Məlumata görə, Azərbaycanın oxu savadlılığı üzrə nəticəsi 374 bal olub və ölkə 91 iştirakçı arasında 71-ci sırada yer alıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib.

Oxu savadlılığı üzrə İƏİT-in orta balı 461 olub. Bu, əvvəlki qiymətləndirmə ilə müqayisədə 15 bal azdır. İlk üçlükdə Sinqapur 535 balla birinci, P-S-T-Ç (Çin) 527 balla ikinci, Çin Taybeyi isə 508 balla üçüncü olub.

Digər ölkələrdən Birləşmiş Krallıq 494 balla 10-cu, Türkiyə 472 balla 18-ci, Almaniya 464 balla 24-cü, Fransa 457 balla 28-ci, İsrail 436 balla 37-ci, Qazaxıstan 385 balla 67-ci, Gürcüstan isə 384 balla 68-ci yerdə qərarlaşıb.

Azərbaycanın nəticəsində əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb. Ölkələr üzrə dinamikaya əsasən, Azərbaycan 49, Gürcüstan 38, Monteneqro 32, İordaniya və Filippin isə 20 bal irəliləyiş göstərib.

Qeyd edək ki, PISA 2025-də oxu savadlılığı üzrə 91 ölkə və region iştirak edib. Onlardan 13-ü əvvəlki qiymətləndirmədə iştirak etməyib, 19 ölkədə nəticələr yaxşılaşıb, 58 ölkədə isə aşağı düşüb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: