Kaya Kallas

RusiyaUkrayna münaqişəsinə son qoymaq üçün Kiyevə dəstəyi artırmaq və Moskvaya təzyiqi gücləndirmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Aİ kreditləşdirmə proqramı çərçivəsində Ukraynaya ilk olaraq 8,47 milyard avro vəsait ayırıb.

Bundan əlavə, hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi də daxil olmaqla, daha 6,1 milyard avronun ayrılması təsdiqlənib.

“Hazırda ən geniş sanksiya siyahılarının hazırlanması üzərində də işləyirik. Ukraynaya dəstəyi artırmaq və Moskvaya təzyiqi gücləndirmək bu müharibəyə son qoymağın ən sürətli yoludur”, – deyə Kallas qeyd edib.

Diplomat əlavə edib ki, hazırda Aİ Rusiyanın həqiqətən sülhlə maraqlandığını görmür.

Onun sözlərinə görə, Moskva heç bir güzəştə getməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: