Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil – “Lamborghini” gəlib.
Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, sözügedən video bir müddət əvvəl çəkilib.
“Həmin videodakı “Lamborghini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.
Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur”, – o əlavə edib.