nnnnn

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dönəmində bir an belə yanından ayırmadığı 35 yaşlı şəxsi köməkçisi Natali Harpın birinci xanım Melaniya Trampda qısqanclıq böhranına səbəb olduğu iddia edilib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, İtaliyanın “Oggi” jurnalının məlumatına görə, onların Ağ Evdəki şəxsi iqamətgahda gec saatlarda birlikdə işləyərkən görüntülənməsi gərginliyi açıq qarşıdurmaya çevirib.

80 yaşlı Donald Trampın komandasında ən çox diqqət çəkən şəxslərdən biri olan Natali Harp prezidentin gündəlik fəaliyyətində mühüm rol oynayır. Telefon danışıqlarını təşkil edən, yeni məlumatları prezidentə çatdıran və Trampın sosial media hesablarını idarə edən Harp yuxu saatları istisna olmaqla, demək olar ki, prezidentdən ayrılmır.

Bu yaxın əməkdaşlığın miqyası iyul ayında Ankarada keçirilən NATO sammitində də diqqət çəkib. Sammitdən qayıdarkən İranın mümkün hücum riskinə qarşı gizli şəkildə təhlükəsiz təyyarəyə keçən Trampa onu müşayiət edən azsaylı şəxslərdən biri də məhz Harp olub.

“Oggi” jurnalının iddialarına görə, Harpın bu qədər ön planda olması 56 yaşlı Melaniya Trampı uzun müddətdir narahat edirmiş.

İddialara görə, birinci xanım əməkdaşların belə daxil olmasının qadağan olduğu ailəyə məxsus şəxsi məkanda Tramp və Harpı gec saatlarda sənədlər üzərində işləyərkən görüb. Bu hadisənin Melaniyanın qısqanclıq böhranını daha da artırdığı bildirilib.

Hadisədən sonra yaxın çevrəsinə Harp haqqında “Artıq ondan bezmişəm” dediyi bildirilən Melaniya Trampın köməkçisini Ağ Evdən uzaqlaşdırmaq üçün hərəkətə keçdiyi iddia olunub.

Mətbuata təqdim edilən fotolarda Harpın kadrdan çıxarılmasını təmin etdiyi irəli sürülən birinci xanımın taktikasını dəyişməsi də diqqət çəkib.

2026-cı ilin əvvəlindən etibarən cəmi 8 rəsmi tədbirdə iştirak edən Melaniya Trampın ötən aydan etibarən həyat yoldaşının yanında daha tez-tez görünməsi “Trampı tək buraxmamaq cəhdi” kimi qiymətləndirilir.

Ağ Evdə yaşandığı iddia edilən bu soyuq münasibətə baxmayaraq, Prezident Trampın illik 150 min dollar maaş alan köməkçisi komandasında “ona həqiqətən dəyər verən yeganə insan” kimi xarakterizə etdiyi bildirilir.

Bu qadın Trampla Melaniya arasında gərginliyə səbəb olub (FOTOLAR) Bu qadın Trampla Melaniya arasında gərginliyə səbəb olub (FOTOLAR) Bu qadın Trampla Melaniya arasında gərginliyə səbəb olub (FOTOLAR) Bu qadın Trampla Melaniya arasında gərginliyə səbəb olub (FOTOLAR) Bu qadın Trampla Melaniya arasında gərginliyə səbəb olub (FOTOLAR)

Paylaş: