messi ronaldo

Argentina millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Karlos Tevez vida matçında Kriştianu Ronaldo və Lionel Messini eyni komandada bir araya gətirəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Buenos Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək qarşılaşma zamanı iki dünya ulduzunun eyni formada meydana çıxacağı gözlənilir.

Tevezin sözlərinə görə, o, həm Ronaldo, həm də Messi ilə danışıb və hər iki futbolçu təklifə razılıq verib.

Karlos Tevezin vida matçının bu ilin dekabrında keçirilməsi planlaşdırılır. O, Ronaldo ilə “Mançester Yunayted”də, Messi ilə isə Argentina millisində komanda yoldaşı olub.

Paylaş: