“Qrenlandiya sakinləri ABŞ vətəndaşı olmaq istəmirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
Frederiksen bu açıqlamanı Donald Trampın Qrenlandiyanın da ABŞ bayrağı ilə göstərildiyi xəritəni paylaşmasından sonra verib.
O qeyd edib ki, Qrenlandiya hökuməti və xalqı dəfələrlə amerikalı olmaq istəmədiklərini açıqlayıblar.
“Ümid edirəm ki, bununla bağlı heç kimin – nə ABŞ-da, nə də dünyanın digər yerlərində – şübhəsi yoxdur. Qrenlandiyanın gələcəyinə Qrenlandiya xalqı özü qərar verməlidir. Əlbəttə, Qrenlandiya satılmır”, – Frederiksen deyib.
Qeyd edək ki, Trampın “Truth Social” hesabında paylaşdığı xəritədə ABŞ, Kanada, Qrenlandiya, İslandiya, Meksika, Mərkəzi Amerika və Karib hövzəsi ABŞ bayrağı ilə göstərilib. Xəritədə bütün bu ərazilər “Amerika Birləşmiş Ştatları” kimi qeyd olunub.
Daha əvvəl İslandiya da Trampın paylaşımından sonra ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Əliyar Xəlil
Globalinfo.az