2026-cı ilin sentyabr ayının ikinci yarısında Rusiya vətəndaşları üçün ən münasib xarici turizm istiqamətləri arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə önə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Bildirilib ki, BƏƏ-yə turların qiymətində nəzərəçarpacaq ucuzlaşma qeydə alınıb:
“Belə ki, sentyabrın ikinci yarısı üçün iki nəfərlik turun ən aşağı qiyməti 95,4 min rubldan (təxminən 1 891 manat) başlayır. Türkiyədə isə analoji səyahətin minimum qiyməti 95,8 min rubl (təxminən 1 899 manat) təşkil edir.
Müqayisə üçün, sentyabrın əvvəlində BƏƏ üzrə paket turların qiyməti ən azı 110 min rubl (2 168 manat) olub. Türkiyədə isə həmin dövrlə müqayisədə qiymətlər təxminən 15 min rubl (297 manat) artmasına baxmayaraq, ölkə yenə də rusiyalı turistlər üçün ən əlçatan istiqamətlərdən biri olaraq qalır”.
Safura Bənnayeva
Globalinfo.az