IMG 2373

Yəmən hakimiyyəti 2015-ci ildən “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ölkənin rəsmi paytaxtı Səna şəhərini geri almaq niyyətindədir.

Bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Yəmən müdafiə nazirinin köməkçisi bildirib ki, Sənanın geri alınması ilə bağlı qərar qəbul edilib.

“Sənanın azad edilməsi barədə qərar qəbul olunub”, – rəsmi bildirib.

Onun sözlərinə görə, bu addım husilərlə qarşıdurma məsələsinin həllinə imkan verəcək. (APA)

Paylaş: