Paşinyan istefa verir? – Ermənilərdən gülünc addım

Ermənistanın “Baqramyan 26” Teleqram kanalı Baş naziri Nikol Paşinyanın sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlməsi ilə bağlı məlumatı təkzib edib.

Kanal iddia edir ki, Paşinyanın istefa verməsi xəbəri “1 aprel” zarafatıdır.

Qeyd edək ki, sözügedən məlumatı Ermənistanın əsas media orqanları, həmçinin “Sputnik Ermənistan” tirajlayıb.

***11:18

“Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin sentyabrda keçirilməsinə qərar verib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Məlumata görə, Paşinyan bununla bağlı təcili partiya toplantısı keçirib.

Nəşr bildirir ki, Paşinyan Azərbaycanın kəndlərin qaytarılması ilə bağlı vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib.

“Baş nazir hesab edir ki, məhz bu, onun “xilas” yoludur”, – qeyd edilib.

Seçkilərin sentyabrın 10-da keçiriləcəyi bildirilir.

Zaira Akifqızı
Globalinfo.az