Qriqoryan Tavuşa gəlməkdən imtina etdi

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Tavuşa getməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “24news” saytı məlumat yayıb.

Bildirilir ki, Tavuşda etiraza başlayan kənd başçıları ilə görüş İrəvanda keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Tavuş bölgəsinin bir qrup sakini Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın qərarına görə etiraz aksiyası keçirir. Onlar M.Qriqoryanın əraziyə gəlməsini tələb edirlər.

Zaira Akifqızı
Globalinfo.az