“Şəhərlər iqlim dəyişikliklərinin ön cəbhəsindədir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən sessiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə deyib.
O qeyd edib ki, dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və bu ərazilər getdikcə daha çox istilik dalğaları, daşqınlar və su qıtlığı kimi risklərlə üzləşir.
A.Səmədzadənin sözlərinə görə, təbiət artan təzyiq altındadır və bu səbəbdən təbiət əsaslı həllər şəhərsalma və mənzil siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir.
O vurğulayıb ki, bu yanaşma planlaşdırmadan tikintiyə və idarəetməyə qədər bütün mərhələlərə inteqrasiya olunmalı, nəticədə həm ətraf mühitin qorunmasına, həm də həyat keyfiyyətinin yüksəlməsinə xidmət etməlidir.
Zaira Akifqızı
Globaninfo.az