Norashen Tavush 1 scaled 1

“Nikol Paşinyanın səfərindən sonra kəndlərin təhvil verilməsi ilə bağlı səsləndirdiyi fikirlər sakinlərin sərt reaksiyasına səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.

Saqatelyan aprelin 6-da digər deputatlarla birlikdə kəndlərin tərkibində olduğu Tavuş bölgəsinə səfər etdiyini və sakinlərin hakimiyyətin bu qərarına qarşı birləşdiyini qeyd edib:

“Səfər zamanı şahidi olduq ki, əhali hökumətin təklif etdiyi güzəşt fikirlərinə qarşıdır. Bunu qəbul etmir, kəndlərin təhvil verilməsini istəmirlər. Onlar belə bir addımın nəticəsinin yaxşı olmayacağını düşünürlər. Dirənməyə qərar veriblər, artıq hazırlıq görürlər. Bu, onlar üçün də, bizim üçün də milli məsələdir.

Deputatlarla  Milli Məclisdə bu məsələ ilə bağlı təxirəsalınmaz iclaslar və dinləmələr keçirməyi qərarlaşdırmışıq. Beynəlxalq səviyyədə hərəkətə keçməliyik”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: