Paşinyana verilən milyonlar haradadır? – “Qarabağdan köçən ermənilər aldadılır…”

“Ermənistanın Baş naziri Nikol Paşinyan xaricdən Qarabağdan köçən ermənilər adına milyonlarla dollar pul alır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Təkcə 2023-cü ildə Yaponiyanın “Qarabağdan köçən ermənilərə dəstək” adı ilə Ermənistana 2 milyon dollar verməyə hazır olduğunu açıqladığı bildirilir. Həmçinin qeyd olunur ki, yaxın vaxtlarda BMT-nin İnkişaf Proqramı (UNDP) xətti ilə Ermənistanda dəyəri təxminən 3 milyon ABŞ dolları olan “Qarabağdan köçən ermənilərə dəstək” layihəsi həyata keçiriləcək. Sadəcə açıqlanan məlumatlara əsasən İrəvan hökumətinə ilkin 5 milyon dolların ödəniləcəyi məlumdur.

Lakin Nikol Paşinyanın özünü xeyriyyəçi kimi təqdim edərək hökumətin pulları ilə Qarabağdan köçənlərə yardım göstərdiyi bildirilir. Məlumata görə, dünyanın müxtəlif yerlərindən Ermənistana pul göndərilməsi təklif olunur. Lakin İrəvan hökuməti həmin vəsaitin Qarabağdan köçənlərə sərf olunmasına diqqət etmir. Həmin şəxslərin sözdə problemlərinin həll olunduğu deyilsə də, əslində onların çoxunun evsiz qaldığı, söz verildiyi kimi hər növ dəstəyin göstərilmədiyi, iş tapmaqda belə çətinlik çəkdikləri bildirilir.

Erməni KİV yazır ki, ölkələrin dəstəyini açıqlaması ilə Nikol Paşinyan hökumət adına Qarabağ ermənilərinə kredit vermək öhdəliyindən xilas olub. Hətta xaricdən alınan yüksək miqdarda pulların çox az qismi həmin şəxslərə sərf edilir. Bu isə sanki Ermənistanın dövlət büdcəsindən dəstək göstərilirmiş kimi təqdim olunur. Əslində isə büdcəyə gələn milyonların aqibəti məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az