slim

Yaponiyanın “SLİM” kosmik gəmisi Aya eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz kosmik gəmi artıq Aya yumşaq eniş edib. Beləliklə, Yaponiya kosmik gəmi ilə Aya eniş edən sayca 5-ci ölkə olub.

Qeyd edək ki, sentyabr ayında Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən orbitə göndərilən “SLİM” adlı pilotsuz kosmik gəminin hazırda yalnız öz batareyası ilə işlədiyi açıqlanıb.

“SLİM”in müəyyən olunan hədəfin 100 metrinə eniş etməyi bacardığı açıqlanıb.  Eyni zamanda Kosmik gəminin qarşıya qoyulan məqsədlərə nail olub-olmadığını yoxlamaq üçün təxminən 1 ay vaxt lazım olacağı vurğulanıb.

Qeyd edək ki, “SLİM” tərəfindən toplanan məlumatların 2025-ci ilə qədər insanları Aya qaytarmağı hədəfləyən ABŞ-ın Artemis layihəsində istifadə olunacağı bildirilib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: