Türkiyəli məşhur müğənni Atilla Taşın qızı faciəli şəkildə ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Müğənninin qızı Sezen Taş yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılaraq ölüb. Hadisə səhər saatlarında baş verib. Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları cəlb olunub, lakin bütün müdaxilələrə baxmayaraq, Sezen Taşın həyatını xilas etmək mümkün olmayıb.