Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində avqustun 30-da batan “Filo Jet” sərnişin gəmisində ölənlərin sayı 27-yə çatıb.
Globalinfo.az xəbər verir ki, tapılan cəsədlərdən birinin DNT analizi onun Orhan Bekret adlı şəxsə məxsus olduğunu müəyyən edib.
İtkin düşən daha bir nəfərin axtarışı isə davam etdirilir.
Qeyd edək ki, “Filo Jet” yüksək sürətli sərnişin gəmisi Girne ilə Mersinin Taşucu limanı arasında hərəkət edirdi. Avqustun 30-da Girnedən yola düşdükdən qısa müddət sonra gəminin ön hissəsindən göyərtəyə su dolmağa başlayıb. Gəmi limana qayıtmağa çalışarkən aşıb.
Gəmidə olan Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov xilas ediliblər. Hadisə ilə bağlı istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.
Araşdırmalar davam etdirilir.