vilayet

Ermənistanın Sünik (Zəngəzur -red.) vilayətində, xüsusilə Kapan və Qacaran şəhərlərində xarici vətəndaşların sayının artması yerli sakinlər arasında narahatlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Bildirilib ki, son iki ildə bölgəyə Mərkəzi Asiya ölkələrindən, xüsusilə Türkmənistan və Özbəkistandan, həmçinin Hindistan və İrandan çox sayda əmək miqrantı gəlib.

Onların əsasən iri tikinti və infrastruktur layihələrində çalışdığı qeyd edilib.

Yerli sakinlərin iddiasına görə, Qafan və Qacaranda türkmən miqrantlar xüsusilə çoxalıb.

Hətta onların sayının 1 500-ə çatdığı iddia olunur. Bununla yanaşı, miqrantların bəzilərinin əvvəllər Azərbaycanda işlədiyi və pasportlarında Azərbaycana giriş-çıxış möhürlərinin olduğu da vurğulanıb.

“Bu vəziyyət Sünikin strateji və sərhədyanı bölgə olması səbəbilə ermənilər arasında təhlükəsizlik narahatlığı yaradıb. Yerli sakinlər miqrantların kimliyinin, keçmişinin və ölkəyə hansı yollarla daxil olmasının daha ciddi yoxlanılmasını istəyirlər”, – nəşr bildirib.

Qeyd edək ki, Sünik Ermənistanın Azərbaycanla sərhəddə yerləşən strateji əhəmiyyətli bölgələrindən biridir. Buna görə də xarici vətəndaşların bölgədə, xüsusilə mühüm tikinti və infrastruktur obyektlərində çalışması müzakirələrə səbəb olub.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: