neft

Ermənistanda qazın qiymətinin yüksəlməsi ehtimalı ölkə iqtisadiyyatı ilə bağlı narahatlıqları artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında paylaşılıb.

Verilən xəbərə görə, iqtisadçı Tatul Manaseryan jurnalistlərlə görüşündə Rusiyanın qaz qiymətləri ilə bağlı siyasətinin Ermənistan üçün də ciddi nəticələr doğura biləcəyini bildirib.

Manaseryanın sözlərinə görə, Ermənistan üçün qaz tariflərinin artırılması məsələsində Rusiyanın tərəddüd edəcəyini düşünmək üçün əsas yoxdur.

O, yaxın perspektivdə Ermənistan iqtisadiyyatında vəziyyətin fəlakətli həddə çata biləcəyini proqnozlaşdırıb. Ekspertin fikrincə, enerji daşıyıcılarının qiymətində artım ölkə iqtisadiyyatının fəaliyyətinə ciddi zərbə vuracaq.

Manaseryan xüsusilə əhalinin sosial vəziyyətinin pisləşə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Ermənistan əhalisinin 40 faizi yoxsulluğun yuxarı həddindədir və enerji qiymətlərinin artması böyük bir hissənin daha ağır vəziyyətə düşməsinə səbəb ola bilər.

İqtisadçı Mərkəzi Bankın qaz tariflərinin yüksəldilməsi halında yarana biləcək ciddi fəsadlarla bağlı artıq xəbərdarlıq etdiyini də xatırladıb.

O bildirib ki, Ermənistan hazırda çox çətin vəziyyətdədir və həm kənd, həm də şəhər sakinlərinin qiymət artımı ilə bağlı suallarına cavab verən yoxdur.

“Bu, hələ başlanğıcdır”, – deyə iqtisadçı bildirib.

Elyar Xəlil

Globalinfo.az 

Paylaş: