Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun Bakıda keçiriləcək “Sabah” – “Slaviya” oyununa 46 min bilet satılıb.
Bu barədə Globalinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib:
Bilet satışı hələ də davam edir. Azarkeşlər “Slaviya” ilə matç üçün bəzi sektorlara daha ucuz bilet əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də BOS-da keçiriləcək və matça Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.