maduronun xanimi 1

Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ-da həbsdə olduğu müddətdə infarkt keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Flores ürək problemlərindən əziyyət çəkir və həbsxana şəraitində onun lazımi tibbi müalicə alması mümkün deyil.

Vəkillər həmçinin Floresin həbsdə olduğu müddətdə təxminən 11 kiloqram çəki itirdiyini qeyd ediblər. 

Onların sözlərinə görə, Siliya Floresin səhhəti ilə bağlı vəziyyət onun həbsxanada saxlanılması məsələsini daha da aktuallaşdırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: