turkiy%C9%99
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 82

Vaşinqton Egey dənizi və Kiprlə bağlı fikir ayrılıqları səbəbindən Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişənin yaşanmasına imkan verməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio Ankara ilə Afina arasında münasibətlərin kəskin gərginləşəcəyi təqdirdə ABŞ-ın müdaxilə edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Belə bir hadisənin baş verməsi mənə ağlasığmaz görünür. Bunlar NATO-nun iki tərəfdaşıdır. Ona görə də belə bir şey baş verə bilməz”.

ABŞ dövlət katibinin sözlərinə görə, Türkiyə ilə Yunanıstan arasında mümkün münaqişə nə bu iki ölkəyə, nə də ABŞ-a faydalı olar. Ona görə də, Vaşinqton belə bir ssenariyə heç vaxt imkan verməyəcək.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstanın Egey dənizindəki əsas fikir ayrılıqlarından biri ərazi sularının genişliyi ilə bağlıdır. Türkiyə BMT-nin Dəniz Hüququ Konvensiyasına qoşulmayıb. Sözügedən konvensiya dövlətlərə ərazi sularını 12 dəniz milinə qədər genişləndirmək hüququ verir.

Yunanıstan parlamentinin konvensiyanı 1995-ci ildə ratifikasiya etməsindən sonra Ankara bəyan edib ki, Afinanın Egey dənizində ərazi sularını 6 mildən 12 milə qədər genişləndirməsi Türkiyənin suverenliyinin pozulması kimi qiymətləndiriləcək və bu, müharibə elan etmək üçün formal əsas sayılacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: