rus

“Ermənistandakı məlumat mərkəzi Rusiyaya qarşı və Qərbin maraqları naminə istifadə oluna bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

“Bu mərkəzlər Qərb xüsusi xidmətlərinin maraqları naminə analitik və kəşfiyyat fəaliyyətlərinin aparılması, o cümlədən İran, Rusiya, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə qarşı istifadə oluna bilər”, – deyə o bildirib.

Şevtsovun sözlərinə görə, “Firebird AI” şirkəti ABŞ qanunvericiliyinə tabedir.

Buna görə də ABŞ xüsusi xidmətlərinin şirkətin serverlərindəki bütün məlumatlara çıxış əldə etmək imkanı ola bilər.

Qeyd edək ki, Ermənistanın Hrazdan şəhərində yerləşən “Firebird AI” məlumat mərkəzi 2025-ci ildə yaradılıb və 2026-cı ilin avqustunda fəaliyyətə başlayıb. Layihənin ilkin dəyəri 500 milyon dollar olsa da, sonradan investisiyanın 4 milyard dollara çatdırılması planlaşdırılıb.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: