fitso 0 900x600 2

Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinin qarşısında ABŞ Prezidenti Donald Trampın çılpaq formada təsvir olunduğu heykəlin nümayiş etdirilməsini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Fitso sosial şəbəkədəki paylaşımında bildirib ki, ABŞ prezidentinin siyasətinin bütün istiqamətləri ilə razılaşmasa da, hazırkı dövrdə tərəfdaşlara qarşı təhqiramiz münasibət yolverilməzdir:

“ABŞ prezidentinin bütün siyasəti ilə, hətta çox hissəsi ilə razı deyiləm. Lakin dialoq və qarşılıqlı hörmətə ehtiyac duyulan bir vaxtda rəsmi məkanlarda tərəfdaşlarımızı təhqir etmək yaşadığımız dövrü dərindən anlamamaq deməkdir”.

Qeyd edək ki, oktyabrın 7-də Avropa Parlamentinin binasının qarşısında Donald Trampın çılpaq təsvir edildiyi heykəl nümayiş olunub. Danimarkalı heykəltəraş Yens Qalsşet tərəfindən 23 karatlıq qızıldan hazırlanan əsərdə Tramp çılpaq vəziyyətdə, bir kişinin çiyinlərində oturmuş halda təsvir olunub. Heykəlin əlində qolf dəyənəyi də var.

6ac7589eb9d086ac7589eb9d0917914492466ac7589eb9d066ac7589eb9d07
Safura Bənnayeva
Globalinfo.az

Paylaş: