media Zaxarova ogn08r

“Moskvanın Qərbi Avropa ilə silahlı münaqişə planı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Əgər Almaniyanın baş kəşfiyyatçısı öz fantaziyalarını açıq şəkildə səsləndirirsə, bu, Avropanın həqiqətən də böyük təhlükə altında olduğunu göstərir. Hər halda bir daha təkrar edirəm: Rusiya heç kimi təhdid etmir.

Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov dəfələrlə Moskvanın Qərbi Avropa ilə silahlı münaqişə planının olmadığını bəyan ediblər”, – deyə Zaxarova Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbərinin açıqlamalarını şərh edərkən bildirib.

Qeyd edək ki, daha əvvəl Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeqer Rusiya ilə mümkün silahlı qarşıdurma vəziyyətində Almaniyanın münaqişəyə cəlb olunması riskindən danışıb.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: