494995014 18164669938344338 9206256203810374761 n 1

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Globalinfo.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.

Bununla da, idmançılarımız günü 1 bürünc medalla başa vurublar.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Paylaş: