62f8f44d 2268 43fc b224 d517a0f7dd4c

Kanadanın Baş naziri Mark Karni ABŞ ilə münasibətlərə dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, “İnternational” məlumat yayıb.

Karni bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq tərəflərin bir-birinin suverenliyinə və milli ənənələrinə qarşılıqlı hörmət göstərməsi əsasında qurulduğu zaman daha səmərəli olur.

Baş nazir qeyd edib ki, Kanada gələcəkdə ABŞ üçün daha güclü, dayanıqlı və müstəqil tərəfdaş olmağa çalışacaq.

Onun sözlərinə görə, bunun əsas məqsədi iki ölkənin ortaq iqtisadi maraqlarını və təhlükəsizlik sahəsində əməkdaşlığını daha da inkişaf etdirməkdir.

Tahir Tahir
Globalinfo.az

Paylaş: