
Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu vəfat edib. O, 93 yaxşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, M.Çavuşoğlu Türkiyə xarici işlər naziri olduğu vaxtlarda atasına baş çəkib, onun “Atalar günü”nü təbrik etmişdi. Bu duyğusal video yutubda maraqla izlənmişdi.
Osman Çavuşoğlu kövrələrək, səsi titrəyərək, amma qürurla oğlu haqda danışıb. Hər cümə günü oğlunun ona zəng etdiyini deyib.
Videoda ata Çavuşoğlu belə deyir: “Könlümdə səni tuta-tuta yaşayıram, ay oğul”.
Həmin videonu təqdim edirik: