Bayden bunu edən ilk ABŞ prezidentidir

ABŞ prezidenti Co Bayden ötən gün 80 illik yubileyini qeyd edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Bayden ad gününü Vaşinqtonda ailəsi ilə birlikdə keçirib.

Co Bayden ABŞ tarixində ən yaşlı prezidentdir. O, 74 yaşınadək bu postda olmuş sələfi Donald Trampdan təxminən 4 yaş böyükdür.

Xatırladaq ki, Ronald Reyqan prezident vəzifəsini 1989-cu ildə tərk edəndə onun 77 yaşı vardı.

ABŞ-da 2024-cü ilə planlaşdırılan növbəti prezident seçkilərində Вaydenin 82 yaşı tamam olacaq. Onun adının səsvermə bülleteninə daxil edilib-edilməyəcəyi hələ məlum deyil. Halbuki ötən çərşənbə axşamı o, yenidən seçilmək niyyətini açıqlamışdı.

Baydenin yaşı onun siyasi opponentləri tərəfindən tənqid obyekti olmasına baxmayaraq, o, ABŞ rəhbərliyində heç də ən qoca dövlət qulluqçusu deyil. Hər iki partiyadan Konqresə üzv seçilənlər arasında Baydendən də yaşlılara rast gəlmək olar.

Belə ki, 89 yaşlı senator Dayana Faynşteyn, 89 yaşlı senator Çak Qrassli, 81 yaşlı senator Berni Sanders və Nümayəndələr Palatasının üzvü 82 yaşlı Nensi Pelosi bu siyahıya daxildirlər.

Ümumilikdə isə 117-ci Konqresdə Nümayəndələr Palatasının üzvlərinin orta yaşı təqribən 58, senatorların orta yaşı isə 64-dən yuxarıdır.