Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

Azərbaycan və Albaniya arasında ümumvətəndaş pasportlara malik olan şəxslər üçün viza tələbi ləğv edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 23-də keçirilən iclasında təqdim olunan “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində nəzərdə tulub.

Qanun layihəsi müzakirələrə çıxarıldıqdan sonra səsverməyə qoyularaq qəbul edilib.

Ayşən Mustafa
Globalinfo.az